“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsin Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı açıq tender başa çatıb.
Editor.azxəbər verir ki, məlumata görə, tenderin yekun qiyməti 33 milyon 898 min manat təşkil edib.
Tender çərçivəsində Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

