Kiyevdə raket terrorunun fəsadları böyüyür: Ölənlərin sayı 13-ə çatdıbackend

Kiyevdə raket terrorunun fəsadları böyüyür: Ölənlərin sayı 13-ə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukrayna paytaxtına endirdiyi son kütləvi və amansız raket-dron zərbələrindən sonra Kiyev şəhərində insan tələfatının sayı artmaqda davam edir. Dağılmış binaların yerində həyata keçirilən irimiqyaslı axtarış-xilasetmə əməliyyatları zamanı qurbanların yeni cəsədləri aşkar edilib.

Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı son rəsmi məlumata görə, Rusiya ordusunun kütləvi hücumu nəticəsində paytaxtda həyatını itirən dinc sakinlərin sayı rəsmən 13 nəfərə yüksəlib. Şəhər rəhbərliyi həmçinin terror dalğası zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan və dərhal xəstəxanalara yerləşdirilən yaralıların sayının 56 nəfərə çatdığını bəyan edib.

Hazırda hadisə yerlərinə cəlb olunmuş xüsusi xilasetmə qrupları və ağır texnika vasitəsilə binaların qalıqlarının, kütləvi dağıntıların təmizlənməsi və zərərçəkənlərin axtarışı işləri fasiləsiz olaraq davam etdirilir. Müvafiq qurumlar dağıntılar altında hələ də insanların qala biləcəyini və ölü sayının daha da artacağını istisna etmirlər.

Musavat.com