Tətilə gedənlərə “qara” xəbər – ev qiymətinə günlük villalarbackend

Tətilə gedənlərə “qara” xəbər – ev qiymətinə günlük villalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay mövsümünün başlaması ilə istirahət planları da aktuallaşır. Kimi ölkə xaricinə, kimi isə bölgələrə üz tutur. Şəhərin səs-küyündən uzaqlaşmaq istəyənlərin bir qismi isə bağ evlərinə üstünlük verir ki, bu da kirayə bazarında hərəkətliliyi artırır.

Qaynar.info-nun yazdığına görə, xüsusilə Bakı və Abşeron yarımadasında bağ evlərinə tələbatın artması qiymətlərdə də özünü göstərir. Bu il bağ evlərinin kirayə qiymətləri ötən illərlə müqayisədə daha yüksəkdir. Qiymətlərə təsir edən əsas amillər dənizə yaxınlıq, hovuzun olması, torpaq sahəsinin ölçüsü, evin təmir vəziyyəti və infrastruktur imkanlarıdır. Xüsusilə dəniz sahilinə yaxın, geniş həyətyanı sahəyə və yüksək komfort şəraitinə malik villalar bazarın ən bahalı seqmentini təşkil edir.

Bakıda qadınlar üçün 5 ən yaxşı hovuz - CityLife.az

Bakıətrafı bəzi villaların aylıq kirayə haqqı 30 min manata qədər yüksəlir. Söhbət əsasən Mərdəkan, Şüvəlan, Bilgəh, Zuğulba, Novxanı və Nardaran kimi prestijli qəsəbələrdə yerləşən villalardan gedir. Ərazilər üzrə qiymətlər fərqlidir. Nardaranda aylıq kirayə haqqı 4 500-20 000 manat, Bilgəhdə 2 500-17 000 manat, Pirşağıda 1 500-14 000 manat arasında dəyişir. Mərdəkanda bağ evləri əsasən 3 500-15 000 manata, Şüvəlanda isə 1 500-8 500 manata təklif olunur. Günlük villalar isə 150 manatdan başlayır, 500 manata qədər yüksəlir.

Bəs bu mövsüm bağ kirayələmək niyə belə fantastik qiymətədir?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Hər hansı bazara kənardan ciddi təsir göstərmək demək olar ki, qeyri-mümkündür. Çünki bu sistemdə qiymətlər birbaşa tələb əsasında formalaşır. Tələb nə qədər çox olarsa, qiymətlər də bir o qədər yuxarı qalxır. 2020-ci ildən sonra, xüsusilə pandemiya dövründəki qapanmaların nəticəsi olaraq, Bakı və Abşeron ərazisində fərdi evlərə olan tələbat həddindən artıq çoxaldı. Həmin illərdən etibarən bu sektora böyük həcmdə investisiyalar yatırılmağa başlandı. Çox sayda yeni bağ evləri inşa olundu və bu istiqamətdə işlər hazırda da davam edir. Baxmayaraq ki, hər il Bakı ətrafında minlərlə yeni bağ evi ərsəyə gəlir, köhnə mülklər təkmilləşdirilir, təmir olunur, hovuz və müasir landşaft dizaynı ilə təchiz edilir. Bazara çox sayda yeni təkliflər çıxsa da, yüksək tələb səbəbindən qiymətlər olduqca yüksək olaraq qalmaqdadır”.

Эльнур Азадов: Глобальной проблемой строительного рынка Баку является фактическое отсутствие земель, пригодных под строительство

Ekspert əlavə edib ki, ölkəmizdə daxili turizmin inkişafı ilə yanaşı, xarici turistlərin axını da ildən-ilə artır: “Son illərin yay mövsümündə ölkəyə daxil olan turistlərin sayı orta hesabla 250,000 – 270,000 nəfəri ötür. Turistlərin böyük əksəriyyətini Rusiyadan gələnlər təşkil edir və onlar üçün əsas seqment dəniz və dənizkənarı ərazilərdir. Azərbaycan öz turizm potensialından maksimum istifadə etməyə çalışır. Hazırda ölkəyə ildə ən azı 3 milyon turistin gəlməsini təmin etmək üçün genişmiqyaslı planlar həyata keçirilir. Beləliklə, həm yerli vətəndaşların daxili ehtiyacları, həm də xarici turistlərin axını bazarda yüksək tələbat yaradır”.

Qeyd edək ki, bahalaşmanın təsirini azaltmaq üçün bir sıra ölkələr müəyyən mexanizmlər tətbiq edir, amma bu, əsasən uzunmüddətli kirayə bazarını qorumaq məqsədi daşıyır. Məsələn, İspaniya və Portuqaliya bəzi şəhərlərdə qısamüddətli (turistlərə) kirayə verilən evlər üçün lisenziya məhdudiyyətləri tətbiq edirlər. Məqsəd yaşayış fondunun tamamilə turizm bazarına yönəlməsinin qarşısını almaqdır. Barselona yeni turist mənzillərinə icazələrin verilməsini məhdudlaşdırıb və gələcəkdə bir çox qısamüddətli kirayə lisenziyalarının ləğvini planlaşdırır. Amsterdam ev sahiblərinin mənzillərini il ərzində qısamüddətli kirayəyə verə biləcəyi gün sayına limit qoyub. Nyu-York qısamüddətli kirayə platformaları üçün sərt qeydiyyat və nəzarət qaydaları tətbiq edib. Ancaq qeyd etmək lazımdır ki, mövsümi bağ evlərinin qiymətini birbaşa dövlət tərəfindən tənzimləyən ölkələr demək olar ki, yoxdur. Əksər hallarda qiymətlər bazarda tələb və təklif əsasında formalaşır. Dövlətlərin müdaxiləsi əsasən yaşayış bazarında kirayələrin kəskin bahalaşmasının və mənzil çatışmazlığının qarşısını almağa yönəlir.