Kreml Ukraynanı Belarusa təhdid yaratmaqda ittiham etdibackend

Kreml Ukraynanı Belarusa təhdid yaratmaqda ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml Ukraynanın Belarusun suverenliyinə təhdid yaratdığını bəyan edib.

Rusiya tərəfinin bu açıqlaması Kiyevin Minskə Rusiyanın hücumlarının koordinasiyasında istifadə edildiyi iddia olunan siqnal retranslyasiya stansiyalarının sökülməsi üçün bir həftə vaxt verməsindən sonra səslənib.

Rusiya rəsmiləri Belarusun ölkənin yaxın müttəfiqi olduğunu vurğulayaraq, Ukraynanın addımlarını iki ölkə arasındakı təhlükəsizliyə yönəlmiş təzyiq kimi qiymətləndiriblər.
Ukrayna isə sözügedən obyektlərin Rusiya ordusunun hərbi əməliyyatlarına dəstək verdiyini iddia edir. Məsələ fonunda Moskva və Kiyev arasında qarşılıqlı ittihamlar daha da sərtləşib.

//Samir Qurbanov, Editor.az