Rusiya prezidenti Vladimir Putin G7 (“Böyük Yeddilik”) sammitinə dəvət almayıb.
Musavat.com xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskinin tədbir çərçivəsində Putinlə görüşmək təklifi irəli sürməsi barədə yayılan məlumatlara bu cür münasibət bildirib.
TASS agentliyinin məlumatına görə, Peskov Rusiya liderinin rəsmi kanallar vasitəsilə hər hansı bir dəvət alıb-almaması ilə bağlı suala qəti şəkildə “Əlbəttə ki, xeyr” cavabını verib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Fransada keçiriləcək G7 sammitində görüşməyi təklif etdiyini bəyan edib.


