Futbol üzrə dünya çempionatının həyəcan dolu matçları bütün sürəti ilə davam edir.
Qrup mərhələsinin ilk turu çərçivəsində azarkeşləri yaşıl meydanlarda daha bir neçə maraqlı qarşılaşma gözləyir.
Günün maraqlı duellərindən biri K qrupunda mübarizə aparan Portuqaliya və Konqo Demokratik Respublikası yığmaları arasında reallaşacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da səsləndiriləcək.
Eyni qrupda, həmçinin Özbəkistan və Kolumbiya milliləri də öz güclərini nümayiş etdirəcəklər. Bu mübarizəyə iyunun 18-i səhər saat 06:00-da start veriləcək.
L qrupunda yer alan komandalara gəldikdə isə iyunun 18-i saat 00:00-da İngiltərə və Xorvatiya milliləri, saat 03:00-da isə Qana və Panama yığmaları yaşıl meydanda üz-üzə gələcəklər.
Dünya çempionatı
I tur
17 iyun
K qrupu
21:00. Portuqaliya – Konqo Demokratik Respublikası
18 iyun
06:00. Özbəkistan – Kolumbiya
L qrupu
00:00. İngiltərə – Xorvatiya
03:00. Qana – Panama
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.


