backend

Laricani qonşu ölkələri hədələdi – REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ali Təhlükəsizlik Şurasının sabiq rəhbəri, mərhum Əli Laricaninin qardaşı, Fundamental Elmlər İnstitutunun rəhbəri Məhəmməd Cavad Laricani region ölkələrini hədələyən açıqlamalar verib.

O, ABŞ-ın hücumu qarşılığında region ölkələrini hədəfə alacaqlarını qeyd edib (Tribuna.az). Məhəmmədcavad Laricani bildirib: “Amerika regiondan kənardan hücum etsə belə, biz region ölkələrinə zərbə endirəcəyik”.

Söhbət hansı ölkələrdən gedir və bu dəfə həmin ölkələrin cavabı nə olacaq?

Ərəblər İrana niyə CAVAB vermir? – Körfəz ATƏŞ altında

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Laricani körfəz ölkələrini nəzərdə tutur. Onun qənaətinə görə, bundan əvvəl də İran ərəb dövlətlərində yerləşən ABŞ hərbi bazalarını hədəf alıb: “Demək istəyir ki, İran yenə də körfəz ölkələrinə zərbə endirmək imkanına malikdir. Amma bu hücumlar nəticələri dəyişmir. Dəyişən budur ki, körfəz ölkələrinin ABŞ-nin təhlükəsizlik çətiri altında olması onlara zəmanət vermir. İran göstərdi ki, bu ölkələrə hücum edə bilər. Ona görə Qətər, Küveyt, İordaniya, Birləşmiş Ərəb Əmirliyi kimi ölkələr 40 günlük müharibədə, eləcə sonrakı dövrdə ciddi hücumlara məruz qaldı. Təbii ki, İranın Türkiyəyə və Azərbaycana da hücumlarını yada sala bilərik. Lakin əsas hədəf körfəz dövlətləridir və region ölkələri dedikdə, Laricani buna işarə edib”.

Siyasi analitikin gözləntisi odur ki, ABŞ-İran arasında lokal toqquşmalar istisna deyil: “Çünki tərəflər tam razılaşa bilməyiblər. Doha danışıqlarında da ciddi nəticə gözlənilmir. İran elan edib ki, ayrıca görüş olmayacaq. Sadəcə, Pakistandakı memorandumun icrası müzakirə ediləcək. Xüsusən bir neçə bəndin icrası tələb olunur. Onlardan biri də İranın Qətərdəki dondurulmuş aktivlərinin azad edilməsidir. Zənnimcə, bu məsələdə ABŞ bir halda addım ata bilər ki, İran da öhdəliklərin bir hissəsini yerinə yetirsin. O səbəbdən, tərəflər arasında mürəkkəb vəziyyət davam edir. Bu da hər an eskalasiya riski, nəticədə isə region ölkələrinin, özəlliklə körfəz dövlətlərinin daim təhdid altında olması deməkdir. Fikrimcə, Laricani Azərbaycanı nəzərdə tutmaq istəməyib. Ən azından hazırkı münasibətlər normallaşma dövründədir. Parlament sədri Qalibafın Bakıda keçirilən tədbirdə iştirakı, cənab prezidentlə görüşü və digər təmaslar göstərir ki, Azərbaycan – İran əlaqələrində gərginlik keçmişdə qalıb”.

Təcili! İran bu məsələdə RAZILAŞMADI - ABŞ və Körfəz ölkələrinə sərt mesaj  Sitat.info

Yeri gəlmişkən, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bager Qalibaf bildirib ki, raket proqramı ilə bağlı hər hansı müzakirə aparmaq niyyəti yoxdur. Vurğulayıb ki, İranın hücum hərbi imkanları və raket proqramı müzakirə olunmayan mövzu olaraq qalır. O qeyd edib ki, Tehran ABŞ ilə aparılan danışıqlarda Vaşinqtonun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ehtimalını nəzərə alır. “Biz vədlərini yerinə yetirməyən tərəflə danışıqlar aparırıq”, – deyə parlament sədri bildirib. Qalibafın sözlərinə görə, İran tərəfi ABŞ ilə təmaslarda ehtiyatlı mövqe tutur və əvvəlki təcrübələr Vaşinqtona etimadı məhdudlaşdırır.

Müsavat.com