Lökbatanda silahlı insident – güllələnən varbackend

Lökbatanda silahlı insident – güllələnən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 24-də saat 18 radələrində paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polisin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Ondan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb.

Ə.Orucov xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.