Türk kinosunun ustad aktrisası, 79 yaşlı Şerif Sezerin qırmızı xalça üzərində halı pisləşdi.
Editor.az xəbər verir ki, ilkin yardımı onun qızı Dəniz Arna göstərdi.
Belə ki, hadisə Sadri Alışık Teatr və Kino Mükafatları mərasimində qırmızı xalça üzərində mətbuat üçün şəkil çəkdirərkən baş verib.
Aktrisanın qızı vəziyyəti görərək anasını qırmızı xalçadan uzaqlaşdırıb. Anasının özünü yaxşı hiss etmədiyini görən Dəniz Arna Sezeri izdihamın arasından çıxarıb və dincələ biləcəyi bir yerə aparıb.

//Dəniz Pənahova, Editor.az

