Minatəmizləmə Agentliyinin 31 yaşlı əməkdaşı mina partlaması nəticəsində həlak olub.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, həyatını itirən Mətili Muğan Rəfayıl oğlu 1995-ci ildə rayonun Bala Bəhmənli kəndində anadan olub. Hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baş verib.
Muğan Mətili evli olub, iki uşaq atası idi. O eyni zamanda musiqiçi idi, uzun müddət rayonun Mədəniyyət Mərkəzində qarmon müəllimi olub.
O, doğulduğu kəndin qəbristanlığında dəfn olunacaq.




