Möcüzəli doğum: 22 il dondurulmuşdubackend

Möcüzəli doğum: 22 il dondurulmuşdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın paytaxtı Afinada 54 yaşlı qadın, 22 il 5 ay müddətində dondurulmuş vəziyyətdə saxlanılan embriondan sağlam bir qız uşağı dünyaya gətirib.

Editor.az xəbər verir ki, doğularkən çəkisi 3,49 kiloqram olan körpə, 17 mart 2004-cü ildə dondurulmuş embriondan əldə edilib.

Belə ki, 23 dekabr 2025-ci ildə Afinadakı özəl klinikada anaya köçürülən embrion sağlam körpənin dünyaya gəlməsi ilə nəticələnib.

Ana Kristina Rapti-Tzelepi daha əvvəl, 2004-cü ildə eyni müalicə çərçivəsində həyata keçirilən ilk embrion köçürülməsindən sonra bir oğlan övladı dünyaya gətirmişdi. Lakin cütlüyün 21 yaşlı oğlu 2025-ci ilin oktyabrında yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Bundan sonra ailə illərlə dondurulmuş vəziyyətdə saxlanılan embrionlardan istifadə etmək qərarına gəlib.

//Dəniz Pənahova, Editor.az