“Kiyev rejiminin cinayətlərinə göz yuman ölkələr əslində öz əllərini heç vaxt yuyulub təmizlənməyəcək ləkələrlə batırırlar”.
Editor.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova müsahibəsində açıqlayıb.
“Bilirsiniz, bu, elə bir şeydir ki, onu yuyub təmizləmək mümkün deyil. Axı bu, sadəcə hərbi əməliyyatların aparılması deyil; bu, müharibə və humanitar hüquq normaları ilə tənzimlənən qarşıdurma deyil”, – deyə o, TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya xarici dövlətləri bu hadisələr barədə mütəmadi olaraq məlumatlandırır və düşmən hücumları ilə bağlı faktları təqdim edir. O, həmçinin qeyd edib ki, məsələ təkcə siyasi dəstəklə məhdudlaşmır, həm də terror hücumlarını həyata keçirənlərin hərəkətlərində bilavasitə şərikliyi ehtiva edir.
//Dəniz Pənahova, Editor.az

