Erməni əsilli rusiyalı biznesmen Armen Sarkisyanın S8 Capital holdinqi lift biznesindəki iri aktivlərini satıb.
S8 Capital dövlət şirkəti “Dom.RF”ə Meteor Lift zavodunu və “Lift Connect” ASC-ni satıb.
“Dom.RF” artıq Yeni Moskvada yerləşən Şerbinka Liftqayırma Zavoduna da sahibdir.
Meteor Lift Amerikanın Otis şirkətinin Rusiyadakı istehsal bazası əsasında yaradılıb. Müəssisə 2022-ci ilin yayında S8 Capital-ın nəzarətinə keçib.
Qrupun satılan aktivlərinin ümumi dəyəri daha əvvəl 3,5–4,5 milyard rubl həcmində qiymətləndirilirdi.
Musavat.com

