Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunurbackend

Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilən Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımov barədə yeni detallar məlum olub.

Editor.az  APA-ya istinadən xəbər verir ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb.

Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib.

Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib.

Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Sultan Qasımov qaçaqmalçılıqda ittiham olunur.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu təyin olunub. 2016-cı ildə baş konsul vəzifəsindən geri çağırılıb.

2016-cı il mayın 3-də Sankt-Peterburq şəhərində Azərbaycanın baş konsulu vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də bu vəzifədən geri çağırılıb.