Türkiyəli sosial media fenomeni Çağla Öz Mehmet Fatih Tançalanla evliliyindən sonra gözlənilməz hadisələrin mərkəzinə düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, “Vanlı Kara Haydar” ləqəbi ilə tanınan Tançalan “cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması” ittihamı əsasında həbs olunub. Ardınca Çağla Öz də istintaq çərçivəsində saxlanılıb.
Toydan sonra Çağla Özün sosial media hesabını bağlaması diqqət çəkib. Fenomenin həmin vaxt 1,5 milyon izləyicisi olub.
Qeyd edək ki, M.Tançalan toyunda həyat yoldaşı Çağla Özə milyonlarla lirə dəyərində qızıl və digər qiymətli əşyalar taxması ilə gündəmə gəlmişdi.
Sözügedən toy məclisinə azərbaycanlı blogerlər Arifə Bəylərsoy (Məmmədova) və həyat yoldaşı da qatılmışdı. A.Bəylərsoyun Çağla Özlə rəfiqə olduğu bildirilir.

