Filippində sərnişin bərəsində yanğın baş verib. Hadisə nəticəsində azı 5 nəfər ölüb, 86 nəfərdən isə xəbər alınmır.
Editor.az xəbər verir ki, məlumata görə, hadisə Filippinin sahilləri yaxınlığında sərnişin daşıyan bərədə qeydə alınıb. Yanğın zamanı gəmidə çox sayda sərnişinin olduğu bildirilib.
Hadisə ilə bağlı əraziyə xilasetmə və fövqəladə hallar xidmətlərinin əməkdaşları cəlb olunub. Xilasetmə qrupları itkin düşən sərnişinlərin axtarışını davam etdirir.
İlkin məlumatlara əsasən, 5 nəfərin meyiti aşkarlanıb. 86 nəfərin taleyi isə hələlik məlum deyil.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır. Yanğının hansı şəraitdə başladığı və itkin düşən şəxslərin vəziyyəti ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.
Filippin hakimiyyəti xilasetmə əməliyyatının davam etdiyini və hadisənin bütün təfərrüatlarının araşdırıldığını bildirib.
//Gülnarə Abasova, Editor.az

