ABŞ dövlət katibi: İranın xaricdən ciddi dəstək aldığına dair məlumatımız yoxdurbackend

ABŞ dövlət katibi: İranın xaricdən ciddi dəstək aldığına dair məlumatımız yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranın xaricdən hərbi və ya digər əhəmiyyətli dəstək alması ilə bağlı hər hansı ciddi göstəriciyə malik deyil.

Editor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Ekvadorda jurnalistlərlə görüşü zamanı bildirib.

Rubionun sözlərinə görə, Vaşinqton hazırda heç bir ölkənin İrana münaqişənin gedişinə və ya tərəflərin imkanlarına ciddi təsir göstərə biləcək yardım təqdim etdiyini müşahidə etmir.

“Biz hesab etmirik ki, kimsə İrana müşahidə etdiyimiz vəziyyətin dinamikasını və ya parametrlərini dəyişəcək hər hansı yardım göstərir”, – deyə ABŞ dövlət katibi qeyd edib.

Jurnalistlərin İranın hansı ölkələr tərəfindən dəstəkləndiyi ilə bağlı sualını cavablandıran Rubio konkret dövlətin adını açıqlamayıb.

ABŞ dövlət katibi, həmçinin İranın ABŞ gəmilərinə qarşı hücumlarını davam etdirdiyini bildirib. Onun sözlərinə görə, Tehran bu addımlarının nəticələrini “tankerlərlə ödəyir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 9-da İranla münaqişənin noyabr ayında keçiriləcək Konqres seçkilərindən dərhal sonra başa çatacağına əminliyini ifadə edib. Tramp İranın artıq müqavimət göstərə bilmədiyini iddia edib və Tehranın ABŞ-dakı seçkilərə təsir göstərməyə çalışa biləcəyi barədə xəbərdarlıq edib.

Məlumata görə, ABŞ-İran münasibətlərində gərginlik fonunda tərəflər arasında iyun ayında imzalanmış memorandumun icrası da diqqət mərkəzindədir.

//Gülnarə Abasova, Editor.az