Daha 25 ailənin yurd həsrəti sona çatır: Köç karvanı Cəbrayıla yola salındıbackend

Daha 25 ailənin yurd həsrəti sona çatır: Köç karvanı Cəbrayıla yola salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbrayıl rayonun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.

Oxu.Az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 25 ailə – 154 nəfər köçürülür.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu gün Cəbrayıl rayonun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınır.

Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 25 ailə – 154 nəfər köçürülür.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.