Xocalı rayonunun Daşkənd kəndi ərazisində minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Editor.az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün sentyabrın 10-da saat 10:30-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.
“Sol aşıq baldır oynağı nahiyəsinin travmatik amputasiyası diaqnozu təyin edilən pasiyent üzərində hazırda əməliyyat icra olunur”, – deyə məlumatda bildirilib.

