Yaxın Şərqdə davam edən geosiyasi proseslər fonunda İsrailin regional təhlükəsizlik siyasəti və İranla qarşıdurma xətti daha da aktuallaşır. İsrail rəhbərliyinin verdiyi açıqlamalar yalnız İranla münasibətlərin gələcək istiqamətləri baxımından deyil, həm də Suriyada və ümumilikdə regionda formalaşan yeni güc balansı baxımından diqqət çəkir. Bu proseslər regionun aparıcı aktorları arasında rəqabətin dərinləşməsi və Yaxın Şərqdə mövcud siyasi nizamın yenidən formalaşması ehtimalını artırır.
Siyasi analitik Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, İsrailin Baş naziri Binyamin Netanyahunun Hermon dağına səfəri, xüsusilə Dəməşqin 35 kilometrliyinə gəlməsi və buradan mesajlar verməsi birinci növbədə Türkiyəyə mesajdır:
“Türkiyənin də adını çəkməsə, bu açıqlamaları Suriya ərazisindən, Hermon dağından verir. Və oktyabrda İsraildə seçkilər olacaq. Binyamin Netanyahu bir növ hərbi qarşıdurma yaratmaqda maraqlıdır və yenidən İran hakimiyyətini düşmən elan edib. Amma göründüyü kimi, 40 günlük müharibə və ondan sonra lokal hərbi əməliyyatlar İranda hakimiyyəti nəinki dəyişdi, daha da möhkəmləndirdi. Xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tamamilə hakimiyyəti ələ aldı, yəni hərbçilər. Yəni göründüyü kimi, İran daha da aqressiv bir mövqe ələ alıb.
İranın proksi qüvvəsi Yəməndə – husilərə qarşı hərbi əməliyyatlar aparır. İsrail çalışır ki, Yaxın Şərq strategiyasında əsas ölkə olsun, yəni əsas PR-da da ölçü olsun, amma Türkiyə faktorunu da nəzərə almaq lazımdır. Çünki regionun aparıcı ölkəsi Türkiyədir.
Təbii ki, İranın zəifləməsindən sonra İsrail başlıca olaraq Türkiyənin üzərinə hədəflənəcək. Təbii ki, İranla qarşıdurmada Binyamin Netanyahu maraqlıdır. İrandakı, xüsusilə yaxın İrandakı rejimin Yaxın Şərqdə qurulması İranın geosiyasi strategiyasını dəyişmək fikrində deyil. Və qarşıdurma yaranacaqsa, təbii ki, Yaxın Şərqin şəkillənməsi yenidən olacaq. Biz görürük ki, elə Yaxın Şərqin siyasi nizamının yenidən qurulması istiqamətində proseslər gedir”.
//Gülnarə Abasova, Editor.az

