Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində növbəti köç karvanları Cəbrayıl rayonun Şükürbəyli kəndinə çatıb.
Editor.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 25 ailə – 154 nəfər köçürülüb.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

