Murad Arifdən ŞOK SÖZLƏRbackend

Murad Arifdən ŞOK SÖZLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HITMAKER Murad Arif dilin inkişafı və yeni sözlərin yaranması ilə bağlı fikirlərini bölüşüb.

Musavat.com-un xəbərinə əsasən, sənətçi bildirib ki, dil canlı və daim dəyişən sistemdir.

Onun sözlərinə görə, insanların dilə müdaxiləsi və yeni ifadələrin yaranması dilin inkişafı üçün vacibdir.

“Dilə yeni sözlər buraxmayan “ağıllıların” bu mühafizəkarlığı çox təhlükəlidir. İnsanlar dili yönəldir. Dil dəyişəndir, artandır, canlıdır. İnsan müdaxiləsi olmadan dil inkişaf etməz”, – deyə Murad Arif qeyd edib.

O vurğulayıb ki, dil dövrün tələblərinə uyğunlaşmalı və müxtəlif adaptasiyalar yaşamalıdır:

“Gəlib “Bizim dildə filan söz yoxdur” deyənlərə deyin ki, “Yoxdur? Olsun! Olmalıdır!””

Murad Arif həmçinin Azərbaycan dilindəki sözlərin böyük qisminin başqa dillərdən keçdiyini xatırladıb. O, ərəb, fars, rus, fransız və digər dillərdən dilimizə daxil olan sözlərin çoxluq təşkil etdiyini bildirib.

Sənətçi paylaşımında sinonimlərə qarşı münasibətə də toxunub. O, bəzi insanların eyni mənanı ifadə edən fərqli sözlərin mövcudluğunu qəbul etmədiyini və bunu leksik lüğətdən xəbərsizlik kimi qiymətləndirib.