Nazirdən məktəb yaşının azaldılması TƏKLİFİ: “Tez yaşda məktəbə başlamaq daha savadlı olmaq demək deyil”- AÇIQLAMAbackend

Nazirdən məktəb yaşının azaldılması TƏKLİFİ: “Tez yaşda məktəbə başlamaq daha savadlı olmaq demək deyil”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə “Təhsildə yeni çağırışlar” II Beynəlxalq Forumunda çıxış edən Təhsil naziri Emin Əmrullayev bildirib ki,  məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar. Qeyd edək ki, yeni təklifə görə, uşaqlar ibtidai sinfə 5 yaşında getməlidirlər. Bu məsələ cəmiyyətdə bir sıra müzakirələrə səbəb olub. Bəzi ekspertlər hesab edir ki, yaşa görə biliyin çoxluğu gələcəkdə şagirdin ümumi psixi pozğunluğuna yol aça bilər.

Mövzu ilə bağlı Editor.az-a danışan təhsil eksperti Adil Vəliyev bildirib ki, təhsil naziri formda çıxışı zamanı bir neçə maraqlı mövzulara toxunub:

“Bunlardan biri də məktəbə başlama yaşının azaldılması idi. Əvvəlcə qeyd edim ki bilik yaşa görə əldə edilmir. Yəni ki, uşaqların məktəbə tez yaşda getməsi onların heç də daha savadlı olması demək deyil. Birinci sinifə başlayana kimi uşaq bağçaları var, məktəbəqədər kurslar var. Məktəbəqədər bu mərhələləri inkişaf etdirsək digər məsələləri özümüzə problem kimi görmərik və daha ciddi məsələləri həll edərik. Hər bir insanın yaşına uyğun uşaqlıq, gənclik, yaşlılıq dövrü var. Biz uşaqların ən gözəl zamanı olan uşaqlıq dövrünü onların əlindən almaqla uğur əldə etməyəcəyik. Bir nüansa da toxunmaq  istəyirəm ki, hər dəfə misal çəkəndə bizi inkişaf etmiş ölkələrlə,oranın insanları, uşaqları ilə müqayisə etməsinlər.Hanısa beynəlxalq təhsil modelini gətirib Azərbaycan təhsil sistemində tətbiq etmək heç doğru deyil.Çünki o təhsil modeli gətirilən ölkədə yaşayan insanların yaşamına, düşünmə, qavrama səviyyəsinə görə hazırlanıb. Düşünürəm ki, əlimizdə olan imkanları inkişaf etdirib daha sonra  fərqli təhsil modellərinə baxmalı, onlardan bizə uyğun olanları tətbiq etməliyik”.

//Gülnarə Abasova, Editor.az