ABŞ İran prezidentinə BMT Baş Assambleyasına getmək üçün viza veribbackend

ABŞ İran prezidentinə BMT Baş Assambleyasına getmək üçün viza verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçinin BMT Baş Assambleyasının yüksək səviyyəli toplantısında iştirak etməsi üçün viza müraciətlərini təsdiqləyib.

Editor.az xəbər verir ki, Associated Press-in məlumatına görə, qərar ABŞ və İran arasında hərbi qarşıdurmanın davam etdiyi bir vaxtda qəbul edilib. İran nümayəndə heyətinə ABŞ ərazisində hərəkət və alış-verişlə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacağı bildirilib.

ABŞ bu qərarı BMT-nin mənzil-qərargahına ev sahibliyi edən ölkə kimi üzərinə düşən öhdəliklər çərçivəsində izah edir.
Bununla yanaşı, İran nümayəndələrinin Nyu-Yorkda keçiriləcək toplantıda iştirakı iki ölkə arasında diplomatik kanalların mövcudluğuna dair diqqət çəkən məqam kimi qiymətləndirilir.

//Samir Qurbanov, Editor.az