Qlobal fondlardan səhmlərə investisiya axını doqquz ayın minimumuna düşübbackend

Qlobal fondlardan səhmlərə investisiya axını doqquz ayın minimumuna düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal investorlar səhmlərdən böyük həcmdə vəsait çıxarıb. “Reuters”in məlumatına görə, sentyabrın 16-dək olan həftə ərzində dünya üzrə səhm fondlarından xalis 23,21 milyard dollar vəsait çıxarılıb.

Bu, 2025-ci ilin dekabrından bəri qeydə alınan ən böyük həftəlik çıxışdır.

Analitiklər investorların ehtiyatlı davranmasının əsas səbəbləri sırasında neft qiymətlərinin yüksəlməsi, inflyasiya ilə bağlı narahatlıqlar və ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı gözləntiləri göstərirlər.

Enerji qiymətlərində artım istehsal və nəqliyyat xərclərinin yüksəlməsi riskini artırır. Bu isə dünya iqtisadiyyatında inflyasiya təzyiqinin yenidən güclənməsi ehtimalını gündəmə gətirir.

//Samir Qurbanov, Editor.az