Zelenski “Karpat səkkizliyi” təşəbbüsünü elan edibbackend

Zelenski “Karpat səkkizliyi” təşəbbüsünü elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Mərkəzi və Şərqi Avropanın səkkiz ölkəsini bir araya gətirən yeni regional əməkdaşlıq təşəbbüsünü təqdim edib.

Editor.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Lvov vilayətində keçirilən sammitdə ticarət, nəqliyyat, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri müzakirə olunub. Təşəbbüs Ukrayna ilə qonşu və regionda maraqları olan ölkələr arasında əlaqələrin gücləndirilməsinə yönəlib.

Zelenski görüş zamanı Ukraynanın müharibə şəraitində regional ticarət və nəqliyyat əlaqələrinin qorunmasında tərəfdaş ölkələrin rolunu vurğulayıb.

Yeni formatın əsas istiqamətləri arasında sərhədyanı əməkdaşlıq, logistika, enerji təhlükəsizliyi və müdafiə sahəsində koordinasiya xüsusi yer tutur.

//Samir Qurbanov, Editor.az