Fransada dizelin qiymətində tarixi rekord qeydə alındıbackend

Fransada dizelin qiymətində tarixi rekord qeydə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada dizel yanacağının qiyməti üzrə yeni rekord qeydə alınıb. Artıq on gündən çoxdur ki, benzin qiymətləri 2022-ci ildəki pik göstəricidən yüksək səviyyədə qalmaqdadır.

Editor.az Oxu.Az-a istinadən xəbər verir xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Fransada bir litr dizel yanacağının orta qiyməti 2.39 avronu keçərək yeni maksimuma çatıb.

Nəşrdə qeyd olunur ki, yanacaqdoldurma məntəqələrindəki bu qiymət artımı etiraz aksiyalarının keçirilməsi çağırışlarına səbəb olur.

Fransada dizel üzrə əvvəlki qiymət rekordu (litr üçün 2.38 avro) 2026-cı ilin aprelində müəyyən edilmişdi. Sözügedən Avropa ölkəsində ən çox tələbat olan “SP95-E10” markalı benzinin orta qiyməti bir litr üçün 2.17 avrodur.