Bank əməliyyatlarına nəzarət DƏYİŞİR – Nə baş verəcək?backend

Bank əməliyyatlarına nəzarət DƏYİŞİR – Nə baş verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda maliyyə institutlarına nəzarət mexanizminin genişləndirilməsi nəzərdə tutulur. Milli Məclisin birinci oxunuşuna təqdim edilən qanun layihəsinə əsasən, Mərkəzi Bankın cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması üzrə nəzarəti artıq yalnız ayrı-ayrı maliyyə institutlarını deyil, onların daxil olduğu maliyyə qruplarını da əhatə edəcək. Eyni zamanda, maliyyə institutlarının və maliyyə qruplarının risk profili dövri olaraq qiymətləndiriləcək, müəyyən hallarda isə risk qiymətləndirilməsi yenidən aparılacaq.

Bəs nəzarət mexanizminin genişləndirilməsi nə ilə bağlıdır və bunun sıravi vətəndaşa, xüsusilə bank və digər maliyyə xidmətlərindən istifadə edən şəxslərə nə kimi təsiri ola bilər? Yeni mexanizm hansı risklərin qarşısının alınmasına yönəlib?

İqtisadçı Emin Qəribli Musavat.com-a açıqlamasında bildirib ki, maliyyə monitorinqi mexanizmi Azərbaycanda əvvəldən mövcud olub.

Onun sözlərinə görə, Mərkəzi Bankın nəzarətində olan Maliyyə Monitorinqi Xidməti maliyyə əməliyyatlarını izləyir və vəsaitlərin hansı hesabdan hara köçürüldüyünü yoxlayırdı:

WhatsApp Image 2026-09-17 at 16.07.51.jpeg (78 KB)

“İndi bunu daha geniş formada, daha konkret şəkildə həyata keçirmək istəyirlər. Əsas məqsəd şəffaflığın təmin olunmasıdır. Beynəlxalq təcrübədə də belə mexanizmlər mövcuddur. Məsələn, nağd formada hər hansı bahalı məhsul almaq istəyirsinizsə, müəyyən məhdudiyyətlər tətbiq olunur. 5 minə qədər nağd pul bəyan edilmədən təqdim oluna bilər, amma 5 mindən yuxarı məbləğ olduqda həmin vəsaitin haradan əldə edildiyini bəyan etmək tələb olunur. Evinizi satmısınız, gəlir əldə etmisiniz – bunu bəyan etməlisiniz. Bu sistem dünyada tətbiq olunur. Bizim coğrafiyaya da kifayət qədər pul gələ bilər və biz istəyirik ki, bu vəsaitlər ölkəyə daxil olsun. İnvestisiyalara da baxmalıyıq. Çünki qara pullar, naməlum mənbələrdən daxil olan vəsaitlər ola bilər. Azərbaycanın marağı artıb və biz istəyirik ki, ölkəyə daha çox leqal və şəffaf vəsaitlər daxil olsun”.

İqtisadçı qeyd edin ki, bir çox hallarda azad iqtisadi zonalar mövcuddur:

“Müəyyən siyasi məqsədlər üçün ayrı-ayrı ölkələr belə mexanizmlərdən istifadə edə bilər və sonradan bu, bizə qarşı bir alət kimi tətbiq oluna bilər. Dövlətlərin də təsiri ola bilər. Vəsaitlərin şəffaf olması gələcəkdə daha geniş imkanlar yaradacaq. Bu baxımdan, hesab edirəm ki, bu, vaxtında verilmiş bir qərardır. Təxminən 10 il bundan əvvəl hökumətdə vahid bəyannamə sistemi ilə bağlı bir layihə hazırlanmışdı. Hər bir insanın əvvəlki dövrdə nə qazandığını hər il bəyan etməsi nəzərdə tutulurdu. ABŞ-də olduğu kimi, gəlirlər və xərclər göstərilirdi. Təhsil ödənişləri və ya xəstəliklə bağlı xərclər bəyan edildikdə belə güzəştlər də verilirdi. Əsas məqsəd şəffaflığın təmin olunmasıdır”.