İsrailin baş naziri Binyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri İran rəhbərliyinin kəskin narazılığına səbəb olub.
Musavat.com-un xəbərinə görə, İran mediası Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezainin BƏƏ-nin adını birbaşa çəkmədən xəbərdarlıq etdiyini bildirib:
“ABŞ hərbi bazalarının yerləşdirilməsi sizə təhlükəsizlik gətirmədiyi kimi, Netanyahunu qəbul etmək də yaxşı nəticə verməyəcək. Son müharibədən dərs çıxarın və münaqişələri qızışdırmağı dayandırın”.
Dünən İran Xarici İşlər Nazirliyi də İsrail baş nazirinin Əbu-Dabiyə səfərini pisləyən xüsusi bəyanat yayıb.
Tehrandan bildirilib ki, mövcud şəraitdə İsrailin regiondakı varlığı son dərəcə təhlükəli və narahatlıq doğuran fəsadlara gətirib çıxara bilər.

