Ukraynaya genişmiqyaslı raket və PUA hücumu: 7 nəfər həlak olubbackend

Ukraynaya genişmiqyaslı raket və PUA hücumu: 7 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Associated Press-in məlumatına görə, hücum nəticəsində 7 mülki şəxs, o cümlədən bir uşaq həlak olub, 24 nəfər isə yaralanıb.

Hücumların əsas istiqamətlərindən biri Kiyev və ətrafındakı enerji infrastrukturu olub.

Ukrayna rəsmiləri bunun qış mövsümü ərəfəsində enerji sisteminə ciddi təzyiq yaratdığını bildiriblər. Kiyev Qərb ölkələrindən, xüsusilə hava hücumundan müdafiə sistemləri və Patriot raketlərinin tədarükünün artırılmasını istəyir.

//Samir Qurbanov, Editor.az