Rumıniya parlamenti Siegfried Mureşanın rəhbərliyi ilə təqdim olunan yeni mərkəz-sağ hökumət kabinetinə etimad göstərməyib.
Təklif olunan koalisiyanın 233 səsə ehtiyacı olduğu halda yalnız 182 deputatın dəstəyini qazanması hökumətin formalaşmasına imkan verməyib.
Ölkədə siyasi böhran may ayından etibarən davam edir. Prezident Nikuşor Dan parlamentdə təmsil olunan siyasi qüvvələrlə yeni baş nazir namizədinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələr aparacaq. Konstitusiyaya əsasən, iki hökumət təklifinin uğursuz olması parlamentin buraxılması məsələsini gündəmə gətirə bilər.
//Samir Qurbanov, Editor.az

