Sirli halqaların altından sərvət üzə çıxdıbackend

Sirli halqaların altından sərvət ÜZƏ ÇIXDI 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peyk xəritələrində müşahidə edilən qəribə izlər avstraliyalı alimləri hərəkətə keçirib. Yuxarıdan baxdıqda nəhəng ləkələri xatırladan bu sirli halqaları araşdıran qruplar, torpağın bir neçə metr dərinliyindən səthə sızan böyük bir sərvət aşkar ediblər.

Editor.az-ın xəbərinə görə, yuxarıdan baxıldıqda nəhəng ləkələri xatırladan və uzun müddət elmi ictimaiyyət üçün müəmma doğuran qəribə dairəvi strukturlar enerji sahəsində yeni bir dövrün başlanğıcı hesab, edilib.

Belə ki, peyk görüntülərində tamamilə təsadüfən aşkar edilən bu sirli izləri tədqiq edən alimlər, torpağın bir neçə metr dərinliyindən sızan və gələcəyin təmiz enerji mənbəyi kimi qiymətləndirilən nəhəng potensialın izlərini üzə çıxarıblar.

//Dəniz Pənahova, Editor.az