Xalq artisti Emin Ağalarov və müğənni Roza Zərgərlinin birgə təqdim etdikləri “Krujeva” (“Кружева”) mahnısının klip çəkilişlərindən pərdəarxası görüntülər yayılıb.
Musavat.com xəbər verir ki, açıq havada, təbiət qoynunda reallaşan çəkiliş prosesində sənətçilərin eynirəngli dəbli geyimləri, yaradıcı heyətin peşəkar işi diqqət çəkir.
Qeyd edək ki, “Dream Fest” çərçivəsində ilk dəfə səsləndirilən duet artıq dinləyicilərin böyük rəğbətini qazanıb. Rejissor və operator komandasının xüsusi diqqətlə işlədiyi yeni klip tezliklə rəsmi musiqi platformalarında tam versiyada təqdim olunacaq.
Müğənni Roza Zərgərli son aylarda yaradıcılığında böyük canlanma ilə diqqət çəkir və populyarlığını daha da artırıb. Sənətçi xüsusilə Rusiya və digər postsovet ölkələrində təşkil olunan ardıcıl konsert proqramları, uğurlu qastrol səfərləri və musiqi layihələri ilə geniş dinləyici kütləsinin rəğbətini qazanmağa davam edir.

