Goranboy rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Editor.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Şahməmmədli kəndində baş verib.
2013-cü il təvəllüdlü Ə.Əsgərovu avtomobil vurub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.

