Putin yenidən “sülh”dən danışdı, amma şərt irəli sürdübackend

Putin yenidən “sülh”dən danışdı, amma şərt irəli sürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukrayna ilə sülh danışıqlarına hazırdır, lakin yalnız 2022-ci ildə hazırlanmış və “İstanbul razılaşmaları” kimi tanınan sənədlər əsasında.

Putinin sözlərinə görə, Rusiya həmin razılaşmalardan geri çəkilmək üçün heç bir əsas görmür və mümkün danışıqlar məhz bu çərçivədə aparılmalıdır.

Qeyd edək ki, Kiyev daha əvvəl “İstanbul razılaşmaları”nın Ukraynanın maraqlarına uyğun olmadığını bəyan edib və müharibənin hazırkı reallıqları nəzərə alınmaqla yeni danışıqlar formatının vacibliyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az