“Qarabağ” Ukrayna klubuna böyük hesabla məğlub oldubackend

“Qarabağ” Ukrayna klubuna böyük hesabla məğlub oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşünə çıxıb.

“Bakupost” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi “Xarkov”la üz-üzə gəlib.
Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. “Köhlən atlar”ın qollarını Jali Muaddib və Kadi Borges (p) vurublar.
Qeyd edək ki, “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Avstriyanın “Tirol” komandasını 4:0 hesabı ilə məğlub edib.