Qobustanda 4 otaqlı ev yanıbbackend

Qobustanda 4 otaqlı ev yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qobustan rayonunun Bədəlli kəndində ümumi sahəsi 135 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 150 m2 olan talvarın yanar konstruksiyaları 110 m2 sahədə və talvarın altına yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb.

Editor.az Trend-ə istinadən bildirir ki, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.