UEFA FİFA turnirlərinə qarşı boykotu davam etdirəcəyini açıqladıbackend

UEFA FİFA turnirlərinə qarşı boykotu davam etdirəcəyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FİFA) turnirlərinə qarşı tətbiq etdiyi boykotu davam etdirəcəyini bəyan edib.

Editor.az xəbər verir ki, Məlumata görə, bu qərar FİFA-nın dünya çempionatlarının keçirilməsi hüquqlarının bir hissəsinin satışı ilə bağlı mübahisəli planını geri götürməsinə baxmayaraq dəyişməyib.

UEFA rəhbərliyi hesab edir ki, sözügedən planın ləğvi yaranmış narahatlıqları tam aradan qaldırmır və təşkilat FİFA ilə münasibətlərdə mövcud mövqeyini qoruyacaq.
Qeyd edək ki, FİFA-nın kommersiya hüquqlarının satışı ilə bağlı təşəbbüsü futbol ictimaiyyətində ciddi müzakirələrə səbəb olmuş, daha sonra isə qurum bu plandan imtina etdiyini açıqlamışdı.

//Samir Qurbanov, Editor.az