Zelenski Serbiyaya rəsmi səfər edəcəkbackend

Zelenski Serbiyaya rəsmi səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 8-də Serbiyaya rəsmi səfər edəcək. Bu barədə Serbiya Prezidentinin mətbuat xidmətinə istinadən Serbiya Radio və Televiziyası (RTS) məlumat yayıb.

Məlumata görə, Zelenskini Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiç qəbul edəcək. Səfərin gündəliyi və keçiriləcək görüşlərin detalları hələlik açıqlanmayıb.

Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Volodimir Zelenskinin Serbiyaya ilk rəsmi səfəri olacaq. Analitiklər səfəri Kiyev-Belqrad münasibətlərində mühüm diplomatik addım kimi qiymətləndirirlər.

//Samir Qurbanov, Editor.az