ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetin fəaliyyətindən narazı olduğu barədə yayılan məlumatları təkzib edib. O, əksinə, Pentaqon rəhbərinin işindən son dərəcə razı olduğunu bəyan edib.
Editor.az xəbər verir ki, Tramp bu barədə özünün Truth Social sosial şəbəkəsində paylaşım edərək, mediada yer alan iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb.
ABŞ lideri bildirib ki, Pit Heqsetə tam etimad göstərir və onun fəaliyyətini yüksək qiymətləndirir. Bu açıqlama son günlər Ağ Evlə Pentaqon rəhbərliyi arasında fikir ayrılıqları olduğu barədə yayılan xəbərlərin fonunda səslənib.
//Samir Qurbanov, Editor.az

