İran və Oman Hörmüz boğazına birgə nəzarət planı hazırlayırbackend

İran və Oman Hörmüz boğazına birgə nəzarət planı hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Oman Hörmüz boğazından keçən gəmi hərəkətinə birgə nəzarət mexanizmi yaratmağa hazırlaşır. Məlumata görə, tərəflər boğazda yalnız bir mərkəzi keçid dəhlizinin saxlanılmasını nəzərdə tutan yeni idarəetmə modelini müzakirə edirlər.

İranın Fars agentliyinin yaydığı məlumata əsasən, yeni mexanizm çərçivəsində gəmi hərəkətinə nəzarət Tehran və Maskat tərəfindən koordinasiya olunacaq.

Bununla yanaşı, razılaşmanın hələ yekun şəkildə təsdiqlənmədiyi bildirilir.

Ekspertlər qeyd edirlər ki, belə bir plan həyata keçirilərsə, beynəlxalq dəniz daşımaları, sığorta bazarı və qlobal enerji tədarükü baxımından mühüm nəticələr doğura bilər.

//Samir Qurbanov, Editor.az