İspaniyanın “Real Madrid” klubu braziliyalı ulduz futbolçu Vinisius Juniorla yeni müqavilə imzaladığını rəsmən açıqlayıb.
Madrid təmsilçisinin yaydığı məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə bağlanan yeni müqavilə 6 il müddətini əhatə edir.
Bununla da Vinisiusun gələcəyi ilə bağlı son aylarda yayılan transfer iddialarına aydınlıq gətirilib.
Vinisius Junior 2018-ci ildən “Real Madrid”in formasını geyinir. O, bu müddət ərzində komandanın əsas simalarından birinə çevrilərək UEFA Çempionlar Liqası, La Liqa və digər nüfuzlu turnirlərdə qazanılan uğurlarda mühüm rol oynayıb.
Klub yeni müqavilənin maliyyə şərtlərini açıqlamayıb.
//Samir Qurbanov, Editor.az

