Rusiya Çin ordusunu Tayvana mümkün müdaxiləyə hazırlayır – The Economistbackend

Rusiya Çin ordusunu Tayvana mümkün müdaxiləyə hazırlayır – The Economist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Çin arasında hərbi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.

The Economist yazır ki, Pekin Moskvadan təkcə iqtisadi üstünlüklər deyil, həm də Ukraynaya qarşı müharibədə əldə olunmuş müasir hərbi biliklər, texnologiyalar və döyüş təcrübəsi qazanır.

Nəşrin məlumatına görə, Qərb ölkələri bu əməkdaşlığın xüsusilə hərbi komponentindən ciddi narahatdır. Ekspertlər hesab edirlər ki, Rusiyanın topladığı döyüş təcrübəsinin Çin ordusuna ötürülməsi Tayvan ətrafında baş verə biləcək mümkün qarşıdurmada qüvvələr balansına əhəmiyyətli təsir göstərə bilər.

//Samir Qurbanov, Editor.az