Latviya Rusiya və Belarusdan kitab və oyuncaqların idxalını qadağan etdibackend

Latviya Rusiya və Belarusdan kitab və oyuncaqların idxalını qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya Seymi Rusiya və Belarus mənşəli bir sıra məhsulların ölkəyə idxalını qadağan edən qanun dəyişikliklərini yekun oxunuşda qəbul edib. Yeni məhdudiyyətlər kitablar, qəzetlər, uşaq oyuncaqları, video oyunları, idman malları, geyim və ayaqqabıları əhatə edir.

Qanuna əsasən, qadağa həm birbaşa Rusiyadan və Belarusdan, həm də üçüncü ölkələr vasitəsilə gətirilən, mənşəyi bu iki ölkəyə aid olan məhsullara şamil ediləcək. Bununla yanaşı, həmin malların Latviya ərazisindən digər

Avropa İttifaqı ölkələrinə tranzit daşınmasına icazə veriləcək.
Rəsmi Riga bu addımın Rusiya və Belarusla iqtisadi əlaqələrin daha da məhdudlaşdırılması və Ukraynaya dəstək siyasətinin davamı olduğunu bildirir. Məhsulların dəqiq siyahısı Nazirlər Kabineti tərəfindən ayrıca təsdiqlənəcək.

//Samir Qurbanov, Editor.az