Financial Times: Avropa Ukrayna–Rusiya danışıqlarında təşəbbüsü ələ almalıdırbackend

Financial Times: Avropa Ukrayna–Rusiya danışıqlarında təşəbbüsü ələ almalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ölkələri Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının irəliləməsi üçün yaranmış fürsətdən istifadə edərək daha fəal diplomatik rol oynamalıdır.

Bu barədə RAND Corporation-ın Rusiya və Avrasiya proqramının rəhbəri Samuel Çarap Financial Times qəzetində dərc olunan müəllif məqaləsində bildirib.

Çarapın fikrincə, genişmiqyaslı müharibəyə son qoymağın yeganə real yolu diplomatik danışıqlardır. O hesab edir ki, mövcud geosiyasi şərait Avropaya tərəflər arasında dialoqun təşviqində daha aktiv iştirak etmək və sülh prosesinə töhfə vermək üçün mühüm imkan yaradır.

//Samir Qurbanov, Editor.az