Moskva vilayətində qəzaya uğrayan hərbi təyyarənin Rusiyanın ən yeni ikiyerlik Su-57D qırıcısı olduğu ehtimal edilir. Bu barədə Defence Express nəşri məlumat yayıb.
Analitiklərin qiymətləndirməsinə görə, söhbət cəmi təxminən iki ay əvvəl ilk uçuşunu həyata keçirmiş eksperimental Su-57D modelindən gedir. Bu təyyarə Rusiyanın beşinci nəsil Su-57 qırıcısının ikiyerlik və təkmilləşdirilmiş versiyası hesab olunur.
Hazırda təyyarənin qəzasının səbəbi və ekipajın taleyi ilə bağlı rəsmi təsdiqlənmiş məlumat açıqlanmayıb.
Defence Express qeyd edir ki, hadisə təsdiqlənərsə, bu, Rusiyanın ən yeni hərbi aviasiya proqramı üçün ciddi itki ola bilər.
//Samir Qurbanov, Editor.az

