Rusiya öz neftindən emal edilən benzini Hindistandan almağa başlayıb – FTbackend

Rusiya öz neftindən emal edilən benzini Hindistandan almağa başlayıb – FT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilk dəfə olaraq Hindistandan benzin idxal etməyə başlayıb. Bunun əsas səbəbi Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində Rusiyanın ən iri neft emalı zavodlarının bir hissəsinin fəaliyyətinin pozulmasıdır.

Financial Times qəzetinin məlumatına görə, bu hücumlar Rusiyada daxili neft emalı gücünü təxminən 40% azaldıb. Nəticədə Moskva, əvvəllər Hindistana ixrac etdiyi xam neftdən emal olunan benzini yenidən idxal etmək məcburiyyətində qalıb.

Bu vəziyyət Rusiyanın daxili yanacaq bazarında yaranmış çatışmazlığı aradan qaldırmaq məqsədi daşıyır və ölkənin enerji infrastrukturunun PUA hücumlarından ciddi zərər gördüyünü göstərir.

//Samir Qurbanov, Editor.az