Səudiyyə şahzadəsi Londonda ölü tapılıbbackend

Səudiyyə şahzadəsi Londonda ölü tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın paytaxtı Londonda Səudiyyə Ərəbistanı kral ailəsinin uzaq qohumlarından biri olan şahzadə lüks hotellərdən birində ölü vəziyyətdə aşkarlanıb.

The Telegraph nəşrinin yaydığı məlumata görə, ilkin ehtimala əsasən, şahzadənin ölümünə narkotik vasitələr və alkoqol istifadəsi səbəb olub. Hadisə ilə bağlı Britaniya hüquq-mühafizə orqanları araşdırma aparır.

Rəsmi istintaqın yekun nəticələri və ölümün dəqiq səbəbi hələ açıqlanmayıb.

//Samir Qurbanov, Editor.az