Azərbaycanın Özbəkistanda səfiri postuna sürpriz namizəd-İDDİAbackend

Azərbaycanın Özbəkistanda səfiri postuna sürpriz namizəd-İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev geri çağrıldıqdan sonra Daşkənddə yeni diplomatik nümayəndənin kim olacağı ilə bağlı müzakirələr davam edir. Hazırda bu posta rəsmi təyinat olmasa da, siyasi və mətbu dairələrdə müxtəlif ehtimallar irəli sürülür. Səfir təyin ediləcəyi ehtimal edilən şəxslər arasında bəzi hazırki və keçmiş səfirlərin də adı hallanır.

Azərbaycan və Özbəkistan arasında son illərdə münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi, iqtisadi, nəqliyyat, müdafiə, təhsil və humanitar sahələrdə əməkdaşlığın sürətlə genişlənməsi fonunda Daşkəndə təyin ediləcək səfirin həm peşəkar diplomatik təcrübəyə, həm də Özbəkistanı dərindən tanımasına xüsusi önəm verildiyi bildirilir.

Editor.az xəbər verir ki, məhz bu baxımdan səfir postuna adı hallanan şəxslərdən biri də hazırda Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışan Samir Abbasovdur.

Samir Abbasov 2013–2024-cü illərdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbərlik edib. Bu müddət ərzində o, Özbəkistanın dövlət qurumları, elm və təhsil müəssisələri, media strukturları və ictimai təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri formalaşdırıb, iki ölkə arasında humanitar və mədəni diplomatiyanın inkişafında fəal iştirak edib. Onun Özbəkistanın ictimai-siyasi mühitini yaxından bilməsi və geniş əlaqələrə malik olması ehtimal olunan namizədlər sırasında adının çəkilməsinə səbəb olan əsas amillərdən biri kimi qiymətləndirilir. Bildirilir ki, Samir Abbasov 2024-cü ildən Ankaraya təyinat alsa da, Özbəkistanla əlaqələrini heç vaxt kəsməyib və bu ölkə ilə əlaqəli bir neçə dövlət səviyyəli tədbirin təşkilinə dəstək verib.

Məlumatlı mənbənin iddiasına görə, Samir Abbasovun özü də bu istiqamətdə bütün gücünü və imkanlarını səfərbər edib.

Ancaq şübhəsiz ki, Azərbaycanın Özbəkistandakı səfirinin kim olacağı ilə bağlı yekun qərarı Azərbaycan Prezidenti verəcək. Bu mənada hazırda müzakirə edilən bütün namizədlər yalnız ehtimal xarakteri daşıyır.

\\Editor.az