Rusiya helikopteri Qara dəniz üzərində qəzaya uğrayıbbackend

Rusiya helikopteri Qara dəniz üzərində qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Mi-24” helikopteri Qara dəniz üzərində qəzaya uğrayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə aprelin 10-da, səhər saatlarında, helikopter planlı uçuş həyata keçirərkən baş verib.

Rusiya Müdafiə Nazirliyinin ilkin məlumatına görə, qəzaya helikopterin avadanlıqlarının sıradan çıxması səbəb olub.

Pilotların taleyi barədə məlumat verilmir.

Oxu.az